"Oazis"in qarşısında biabırçı vəziyyət: yol və səki tamamilə tutulub - VİDEO

Avtosfer TV 20 İyul 2019 09:00 Oxunub 2127
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu mənzərəni görən Bakı Nəqliyyat Agentliyi və Yol polisi əraziyə mütləq baş çəkəcək

Bakıda 8-ci Mkr. Şövkət Məmmədova küçəsində sözün həqiqi mənasında xaos yaşanır. Avtosfer.az xəbər verir ki, “Oazis” restoranın qarşısında avtomobillər yolun hərəkət hissəsini tamamilə tutub. Həm səkinin üzərində, həm də yolda avtomobillər elə park edib ki, nə piyadalar, nə də avtomobillər hərəkət edə bilir. Avtomobillər ancaq qoşa xəttin tələbini pozun əks istiqamətə çıxaraq hərəkət edə bilirlər. Piyadalar isə ümimiyyətlə hərəkət edə bilməzlər.

Yəqin ki, bu mənzərəni görən Bakı Nəqliyyat Agentliyi və Yol polisi əraziyə mütləq baş çəkəcək. Çünki burada parklanma qaydalarının pozulması ilə yanaşı hərəkət axının da qarşısının alınması var.

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh