Yol polisi Bakı küçələrini belə təmizlədi - Cəzalananlar var - FOTO

Yol polisi 20 İyul 2019 15:27 Oxunub 3552
Yol polisi Bakı küçələrini belə təmizlədi - Cəzalananlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtoxuliqan, sərxoş sürücü, qayda pozanlar aşkarlanıb

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları və jurnalistlərin iştirakı ilə Nərimanov rayonu ərazisində reyd keçirilib. Avtosfer.az-ın reydlərdə iştirak edən əməkdaşı xəbər verir ki, Nərimanov rayonu üzrə keçirilən reydlər əsasən "Ganjlik Mall" Ticarət Mərkəzinin qarşısını və "Nərimanov" metrosunun ətrafını əhatə edib. Reydə "Ganjlik Mall"un qarşısından başlanılıb. Burada dayanma-durma qadağan edilsə də, hər gün bu qayda taksi sürücüləri və sıravi vətəndaşlar tərəfindən kobud şəkildə pozulur. Günün müəyyən vaxtlarında bu ərazidə sıx tıxac olur və yol keçilməz vəziyyət alır. Ticarət mərkəzinin qarşısında hər gün davam edən bu sıxlıq paytaxt sakinlərini narahat edən məsələlərdən birinə çevrilib.

Qeyd edək ki, sözügedən ərazidə nəqliyyatın sıxlığının, avtomobillərin qanunsuz şəkildə park edilməsinin qarşısının alınması məsələsi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) məşğul olmalıdır. Qurum isə əraziyə nəzarət kameraları yerləşdirmək və qayda pozan sürücülərə cərimə tətbiq etməklə məsələni bitmiş hesab edir. Bu gün isə BNA əməkdaşları "Ganjlik Mall"un qarşısına reyd başlayandan bir müddət sonra yaxınlaşıb.

DYP və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dayanma-durma qaydasını pozan sürücülərlə maarifləndirici söhbətlər edərək, ərazidə avtomobil saxlamağın verə biləcəyi zərərlərdən söz açıblar. Eyni zamanda sürücülərə onların qaydaları pozmasının digər vətəndaşların hüququnu necə pozduğunu izah ediblər.

Qeyd edək ki, reyd əsnasında ərazi boşaldılıb və digər avtomobillərin rahat hərəkət etməsi üçün şərait yaradılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Avtosferaz-a bildirib ki, Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlərlə ötən dövr ərzində yol nəqliyyat hadisələrinin nəticəsində ölən və yaralananların sayı xeyli azalıb. Belə ki, ötən 6 ay ərzində Bakı şəhəri üzrə 244 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 77 nəfər ölüb 216 nəfər yaralanıb. Müqaisə edilən dövrlə yol nəqliyyat hadisələrinin sayı 52 fakt, xəsarət alanların sayı 40 nəfər, həlak olanların sayı isə 23 nəfər azalıb. 
Faizlə desək 18 faiz hadisələr, 17 faiz ölüm faktları,  23 isə xəsarət sayı azalıb. Bu da Bakı şəhər üzrə DYP əməkdaşlarının məqsədyönlü şəkildə keçirdikləri tədbirlər nəticəsindədir. Eləcə də bu gün yol polisi əməkdaşlarının dislakasiya üzrə təhkim edildikləri ərazilərdə təhlükəsizlik tədbirləri davam etdirilir. Ümumiyyətlə profilaktik tədbirlərin keçirilməsində məqsəd vətəndaş məmnunluğunu artırmaq, polisin fəaliyyətinə olan inamın artırılmasıdır.".

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh