"07" traktorun qoşqusuna dəydi, yaralı var

Qəzalar 21 İyul 2019 00:47 Oxunub 1087
"07" traktorun qoşqusuna dəydi, yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yevlaxda minik avtomobili traktora çırpılıb

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Cırdaxan kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində "VAZ-2107"-in sürücüsü, 1978-ci il təvəllüdlü Hüseyn Əhmədov və sərnişin, 1969-cu il təvəllüdlü Salman İmranov xəsarət alıblar. S.İmranov xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh