Hacıqabulda ər-arvad yol qəzasına düşüb

Qəzalar 21 İyul 2019 00:48 Oxunub 1302
Hacıqabulda ər-arvad yol qəzasına düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Əsgərov Rafəddin Gülverdi oğlu avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək qəza törədib. Nəticədə R.Əsgərov qapalı kəllə-beyin travması, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Əsgərova Ruhiyyə Aydın qızı sağ bazu sümüyünün sınığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. R.Əsgərovun vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh