Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Gündəm 21 İyul 2019 00:49 Oxunub 3801
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb

Azərbaycan polisi Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş rejimə keçib. Avtosfer.az “report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi iyulun 27-dək davam edəcək yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görüb. İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.

Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağan olunub. 

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh