Avtosfer.az | Reklam
Aston Martin Valkyrie Silverstounda dövrə vurub - FOTO
Avtoxəbər 21 Iyul 2019 09:01 148 dəfə oxunub
Aston Martin Valkyrie Silverstounda dövrə vurub - FOTO
Ümumilikdə, Valkyrie hiperkarının güc qurğusu 1176 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir

Aston Martin şirkəti Silverstounda keçirilən Böyük Britaniya Qran Prisi öncəsi Valkyrie hiperkarının dinamik debütünü keçirib. Red Bull Racing komandasının rənglərinə boyanmış test prototipi Qran Prinin başlanmasından öncə trekdə dövrə vurub.

 

 

 

 

 

 

 

 

 

 

 

Aston Martin Valkyrie modelinin sükanı arxasında şirkətin test pilotu Kris Qudvin olub. O, qarşıda onları çox sayda işlərin gözlədiyini, avtomobilin real yarış trekində çıxmasının isə, gələcək hiperkar barədə təsəvvür yaratmağa köməklik edəcəyini bildirinb. 

 

 

 

 

 

 

 

 

 

 

 

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, hiperkarın unikal 6,5-litrlik V12 mühərriki məşhur Cosworth firması tərəfindən inşa edilib. Mühərrik 11100 dövr/dəqiqəyə kimi fırlanır və 1014 at qüvvəsi hasil edir. Aqreqatın fırlanma anı isə, 7000 dövr/dəqiqədə 740 Nm təşkil edir. Avtomobilin mühərriki və ötürmələr qutusu onun güc strukturuna inteqrə edilib. Misal üçün, arxa asqı ötürmələr qutusunun karterinə birləşdirlir. Bu həll avtomobilin çəkisini azaltmağa və kuzovun sərtliyini artırmağa imkan verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hibrid qurğunun elektrik hissəsini Integral Powertrain Ltd şirkəti hazırlayıb. Bu firmanı da 1998-ci ildə Cosworth firmasında işləmiş mütəxəssislər yaradıb. Elektromotor 162 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir. dartma batareyasını və kinetik enerjinin rekuperasiyası ERS (Energy Recovery System) sistemini britaniyalılar Rimac şirkəti ilə birlikdə hazırlayıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

Ümumilikdə, Valkyrie hiperkarının güc qurğusu 1176 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Elektromotor təkcə sürətlənmə və ya keçid rejimində daxili yanacaq mühərrikinə yardım etməyəcəkdir. Valkyrie hiperkarı elektrik ötürməsini arxaya hərəkət üçün istifadə edəcəkdir, çünki hiperkar ənənəvi arxa ötürmə pilləsindən məhrumdur.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh