Çində məktəbli iki təyyarə oğurlayıb - FOTO - VİDEO

Gündəm 21 İyul 2019 09:11 Oxunub 810
Çində məktəbli iki təyyarə oğurlayıb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeniyetmə təyyarəni idarə etməyi bir neçə saat ərzində öyrənib

Çində 13 yaşlı oğlan kiçik mühərrikli iki təyyarə oğurlayıb.

 

Avtosfer.az bu barədə Report-a istinadən məlmat verir.

 

Qeyd edilir ki, məktəbli gecə səyahət bürosuna aid olan anqara soxulub və kiçik təyyarəyə oturub. O, bundan sonra təyyarəni işə salmağa çalışıb. Lakin hava maşınına idarəetməni itirib və təyyarə hasara çırpılıb. Oğru qəzadan sonra başqa təyyarəyə əyləşərək onu oğurlamağa qərar verib. Lakin o, avtodayanacaqda bir neçə dairə qət etdikdən sonra təyyarəni orda qoyaraq anqarı tərk edib.

 

Səyahət bürosunun əməkdaşları hadisə barədə yalnız səhər işə gəldikdə biliblər. Polis əməkdaşları yeniyetməni saxlayıb.

 

Büronun mühəndislərindən biri xatırlayıb ki, hadisədən bir gün əvvəl oğlan mühərrikin təmirini müşahidə edib. Yeniyetmə təyyarəni idarə etməyi bir neçə saat ərzində öyrənib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh