"Stena Impero" neft tankerinin saxlanılması iran üçün ağır nəticələrə səbəb ola bilər

Gündəm 21 İyul 2019 09:19 Oxunub 798
"Stena Impero" neft tankerinin saxlanılması iran üçün ağır nəticələrə səbəb ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İclas Fars körfəzində yaşanan gərginliyə həsr edilib

Bu gün Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant "Stena Impero" neft tankerinin saxlanılması ilə əlaqədar İrana qarşı bir sıra diplomatik və iqtisadi sanksiyaları elan edə bilər.

 

Avtosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sıraya İran aktivlərinin dondurulması da daxildir.

 

London Avropa İttifaqı və BMT-ni 2016-cı ildə nüvə razılaşması ilə əlaqədar ləğv edilən sanksiyaları yenidən bərpa etməyə də çağıra bilər.

 

Qeyd olunur ki, Böyük Britaniya Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclas Fars körfəzində yaşanan gərginliyə həsr edilib.

 

Xəyal

ŞƏRH YAZ
Ad

E-mail

Şərh