“Volvo” 500 min avtomobilini geri çağırıb

Avtoxəbər 21 İyul 2019 09:32 Oxunub 1146
“Volvo” 500 min avtomobilini geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir

“Volvo Cars” şirkəti dünyanın müxtəlif ölkələrinə satdığı, təxminən 500 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu qərar sözügedən avtomobillərin mühərrik bölməsində alovlanma təhlükəsinin yaranması səbəbindən qəbul edilib. 

 

Şirkət rəsmisi Stefan Elfstrom bildirib ki, mühərrik bölməsində plastik materialdan hazırlanmış “manifold”un yüksək temperaturda ərimə riski olduğundan avtomobillər geri çağırılıb: “Belə hallara rast gəlinib. Lakin heç bir insanın xəsarət alması halları qeyd edilməyib”.

 

Qeyd edək ki, “Volvo”nun qüsur aşkarladığı V40, V60, V70, S80, XC60 və XC90 modellərinə quraşdırılmış 4 silindrli dizel mühərrikli 2014-2019-cu il buraxılışlarıdır.

 

Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh