Mikroavtobus uçuruma yuvarlandı: biri ağır, 10 yaralı - FOTO
Avtosfer Foto 21 Iyul 2019 12:41 505 dəfə oxunub
Mikroavtobus uçuruma yuvarlandı: biri ağır, 10 yaralı - FOTO
Qəza əyləcdə yaranan nasazlıq səbəbindən baş verib

Türkiyənin Elazığı vilayətində mikroavtobusun aşması nəticəsində 10 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən məlumat verir ki, insident Palu rayonunda qeydə alınıb. Məlumata görə, hərəkətdə olan 23 P 4111 dövlət qeydiyyat nişanlı mikroavtobus əyləcində yaranan nasazlıq səbəbindən idarəetmədən çıxaraq uçuruma yuvarlanıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları, 1-i ağır olmaqla 10 yaralını ətrafda yerləşən xəstəxanalara çatdırıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh