Bakıxanovda "ərəbzəngi" sürücü peyda olub: yolu kəsir - VİDEO

Avtosfer TV 21 İyul 2019 12:51 Oxunub 4029
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücülər məcbur olub qayda pozur

Oxucularımızdan biri Avtosfer.az-a videogörüntü göndərib bildirib ki, 20 iyul saat 22:11 radələrində Bakıxanov qəsəbəsində, "Aura" şadlıq sarayının yaxınlığında 99 SU 380 dövlət qeydiyyat nişanlı Hyundai markalı avtomobilin sürücüsü tam olaraq yolun hərəkət hissəsini kəsib yolu bağlayıb. Dəfələrlə işarə etsələr də, səs siqnalı versələr də sürücü heç nəyə məhəl qoymayıb. Arxadan gələn sürücülər də məcbur olaraq son zərurət halı kimi 1.1 xəttinin tələbini pozub əks istiqamətə çıxaraq hərəkət ediblər. Amma bu hal həm əks yola çıxan sürücülər, həm də əks istiqamətdən gələn sürücülər üçün olduqca böyük  təhlükə yaşada bilər. Görünür bu təhlükə yolu kəsən sürücünü qəti narahat etməyib.

Ümid edirik ki, DYP səlahiyyətliləri bu sürücünün tapılıb qanunamüvafiq cəzalanmasını tezliklə təmin edərlər.  
Görüntüləri təqdim edirik.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh