Qum qasırğası bu ölkəni cənginə alıb - 13 kəndin yolu bağlandı

Gündəm 21 İyul 2019 20:56 Oxunub 927
Qum qasırğası bu ölkəni cənginə alıb - 13 kəndin yolu bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baqiri tozun normadan 22 dəfə çox olduğunu deyib

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib.

 

Avtosfer.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

 

Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib.

 

Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.

 

Ə.Baqiri tozun normadan 22 dəfə çox olduğunu deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh