BNA Avropa Gənclər Yay Olimpiya Festivalında belə işləyir - VİDEO

Gündəm 21 İyul 2019 19:51 Oxunub 756
BNA Avropa Gənclər Yay Olimpiya Festivalında belə işləyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspres marşrut xətti üzrə daşımalara başlanılıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 19-29 iyul tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək. Avtosfer.az xəbər verir ki, nəqliyyat planına uyğun olaraq iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir.  

İyulun 21-i saat 17:30-dan isə açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılıb. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası ətrafında fəaliyyət göstərir. 

Qeyd edək ki, festivalla bağlı nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh