“Mercedes” yoldan çıxıb aşdı, bir nəfər öldü - VİDEO

Qaydalar 22 İyul 2019 10:30 Oxunub 1167
“Mercedes” yoldan çıxıb aşdı, bir nəfər öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Şamaxı yolunda qəza baş verib

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 30 km-də, Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Ağsu-Bakı marşrutu üzrə hərəkətdə olan, Ağsu sakininin idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanlardan birinə qəza yerində ilkin tibbi yardım göstərib və ambulator müalicəyə göndərib.
Digər yaralı, 1980-ci il təvəllüdlü Məhərrəmov Adil Cahid oğlu isə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

​Faktla bağlı araşdırma aparılır./oxu.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh