Bakı-Qazax yoluna 30 nişanı qoyub sürücülərə təhlükə yaradırlar - FOTO

Avtosfer Foto 22 İyul 2019 11:43 Oxunub 1536
Bakı-Qazax yoluna 30 nişanı qoyub sürücülərə təhlükə yaradırlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət 30 km saata endirilirsə də heç kim riayət etmir

Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində, təmirlə əlaqədar quraşdırılan yol nişanları intizamlı sürücülərə birbaşa təhlükə yaradır.
Avtosfer.az-ın əməkdaşı həmin ərazidə çəkiliş apararaq xidmətdə olan YPX əməkdaşlarına bu barədə məlumat verib.
Belə ki, 90 və ya 70 km saat sürət təşkil olunmuş yolda təmir işlərinin aparıldığı üçün, BDYPİ-nin Siqnal idarəsi müvəqqəti yol nişanları quraşdıraraq hərəkət sürətini 30 km saat sürətə endirib. Əməkdaşımız öz avtomobili ilə həmin yolda 30 km saat sürətlə hərəkətdə olan zaman, arxadan gələn avtomobillərin heç biri, hətta YPX əməkdaşları da həmin nişanın tələbinə riayət etməyib. Bu isə intizamlı şəkildə 30 km saat sürətlə hərəkət edən sürücülərə təhlükə yaradır. Yəni, arxadan yüksək sürətlə hərəkət edən avtomobillərlə asta gedən sürücülər arasında toqquşma təhlükəsi yaranır.

Məlum məsələdir ki, yolda təmir işlərini aparan şəxslərin təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini mütləq aşağı salmaq lazımdır. Lakin, hərəkət sürəti aşağı salınarkən real vəziyyətə uyğun təşkil edilməlidir. 
Sürət 30 km saata endirilirsə və həmin nişana yalnız bir nəfər riayət edirsə (hətta o nişana ypx əməkdaşları da məhəl qoymur) bu nişanın orada olmasına nə ehtiyac var?

BDYPİ-nin əməkdaşları qeyd etdiyimiz ərazidə test üçün radar quraşdırıb sürücülərin hərəkət sürətini müşahidə etsə, həqiqətəndə 99 faiz sürücünün həmin nişana riayət etmədiyinin şahidi olacaqlar.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh