Furqon tipli avtomobil aşdı: azı 5 ölü, 11 yaralı

Qəzalar 22 İyul 2019 11:55 Oxunub 1250
Furqon tipli avtomobil aşdı:  azı 5 ölü, 11 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəbini araşdırır

Koreya Respublikasında furqon tipli avtomobilin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident iyulun 22-si Kanvondo vilayətində qeydə alınıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətdə olan avtomobil naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq aşıb.

Bildirilir ki, ölü sayının artacağı istisna edilmir. Ona görə ki, bəzi yaralıların vəziyyəti ağırdır.

Polisin məlumatına görə, sərnişinlərin əksəriyyəti yaşlı insanlardı. Onlar əkin sahələrinə işləmək üçün gedirlərmiş.

Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəbini araşdırır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh