“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - FOTO

Avtodünya 22 İyul 2019 13:33 Oxunub 2292
“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir

Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yeni aldığı "Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni "oyuncağı”nın qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə "Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət nömrə nişanını "Nissan GT-R”ə daşıyıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh