Bu il avtomobil qaçıranların ən populyar modelləri - “Hyundai”, “Kia”...

Avtoxəbər 22 İyul 2019 13:37 Oxunub 1108
Bu il avtomobil qaçıranların ən populyar modelləri - “Hyundai”, “Kia”...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğrular ən çox sərfəli modellərə maraq göstərir

Bu il Rusiyada avtomobil qaçıranların ən populyar modeli “Hyundai Solaris” olub. Avtosfer.az yerli mətbuata istinadən məlumat verir ki, ikinci yeri “Kia Rio” sedan, üçüncü yeri isə “Kia Ceed” tutur. Həmçinin tez-tez qaçırılmaya, “Hyundai Creta", “Hyundai Tucson”, “Hyundai ix35”, “Hyundai Santa Fe”, “Ford Kuga”, “Toyota RAV4”, “Kia Optima” modelləri məruz qalır. 

Mütəxəssislər bildirirlər ki, regionda oğrular ən çox sərfəli modellərə maraq göstərir. Moskva və Sankt-Peterburqda oğrular az halda “BMW X5”, “BMW 3-series” sedan və  “Toyota Land Cruiser Prado” qaçırırlar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh