Polislərdən qaçan “Dinozavr” onları güldürdü - VİDEO

Avtosfer TV 22 İyul 2019 14:19 Oxunub 1385
Polislərdən qaçan “Dinozavr” onları güldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Biz fikirləşirdik ki, siz ölmüsünüz”

Britaniyanın Pilmut şəhərində “dinozavrı” qovalayan polislər gülməkdən özlərini saxlaya bilməyiblər.

Avtosfer.az “The Mirror”a istinadən məlumat verir ki, bu barədə görüntüləri polis avtomobilinin videoregistratoru təqib zamanı qeydə alıb.

Asayiş keşikçiləri “dinozavr” kostyumu geyinmiş şəxsi yaxalamağa çalışıblar. “Dinozavr” isə yolun boş zolağı ilə qaçaraq onlardan qurtulmaq istəyib. Lakin asayiş keşikçiləri onu səbirlə təqib ediblər.

Maraqlı hadisənin kadrları Pilmut şəhər polis idarəsinin “Twitter” səhifəsində paylaşılıb.

Polislər videoya şərh olaraq, “Biz fikirləşirdik ki, siz ölmüsünüz” - sözlərini yazıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh