“VAZ-2114” “Daewoo Nexia” ilə toqquşdu: 5 ölü, 3 yaralı - VİDEO

Qəzalar 22 İyul 2019 18:10 Oxunub 1405
“VAZ-2114” “Daewoo Nexia” ilə toqquşdu: 5 ölü, 3 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın baş vermə səbəbləri araşdırılır

Rusiyanın Krasnodar əyalətində iki minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 5 nəfər ölüb. Avtosfer.az “Life.ru”ya istinadən məlumat verir ki, hadisə Kuban şəhərinin “M-4” avtomagistralında qeydə alınıb.

Məlumata görə, “VAZ-2114” markalı avtomobil “Daewoo Nexia” ilə toqquşub. Nəticədə aralarında biri uşaq olmaqla 5 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Yaralılar şəhər xəstəxanalarına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh