Amerikalılar avtomobilləri sürməyə deyil, yaşamağa verirlər - 300 dollara

Maraqlı 22 İyul 2019 15:20 Oxunub 1340
Amerikalılar avtomobilləri sürməyə deyil, yaşamağa verirlər - 300 dollara
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kirəyənişinlərə yalnız arxa qapının açarını verirlər

Los-Ancelesdə küçəboyu park edilmiş furqon maşınları, minibüsləri və cipləri tez-tez görmək olar. Bu maşınlar insanlara yaşayış üçün icarəyə verilir. Mənzil yerinə avtomobilin gəlmələr tərəfindən icarəyə götürülməsinə səbəb mülk qiymətlərinin yüksəlməsidir. Los-Ancelesdəki evlərin dəyəri yeddi rəqəmli saydan başlayır, ən yararsız mənzillərin kirayəsi isə dörd rəqəmlə ölçülür. Bundan əlavə, qiymətlər daim artır. Əlbəttə ki, bu, bütün gəlmələrin cibi üçün əlverişli deyildir, buna görə  burada "Venlord" adlandırılan insanlar peyda oldular və  onlar maşınlarını, xüsusilə furqon və minibüsləri, gəzmək üçün yox, yaşayış üçün icarəyə verirlər.

Avtomobilin aylıq kirayə xərcləri 300 dollardan başlayır. Bu cür avtomobillərin sahibləri bir qayda olaraq kirəyənişinlərə yalnız arxa qapının açarını verirlər.

Moderator.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh