Diqqət: bu yollar bağlı olacaq - DYP-dən xəbərdarlıq

Yol polisi 23 İyul 2019 14:14 Oxunub 2989
Diqqət: bu yollar bağlı olacaq - DYP-dən xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş olunur

Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq 23 iyul tarixində səhər saat 09:00-dan 13:00-a qədər və 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Eyni zamanda iyulun 24-ü və 25-də əsas yarışların keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən başlayaraq Saylan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh