Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava - Sərnişinlər düşürüldü

Gündəm 22 İyul 2019 16:43 Oxunub 1628
Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava - Sərnişinlər düşürüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar sərnişinləri düşürüb davaya gediblər

Axşam saatlarında 202 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusun sürücüləri əlbəyaxa davaya çıxıblar. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, 202 marşurut xətti ilə hərəkət edən 10 TH 413 və 10 TH 401 nömrəli avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar.

Onlar sərnişinləri düşürüb davaya gediblər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ nəzarətə götürülüb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, dalaşan sürücülər "“Çinar-Trans” MMC" şirkətinin işçiləridir. BNA-nın müraciəti əsasında hər iki sürücü işdən azad edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh