Yol polisindən yük avtomobili sürücülərinə XƏBƏRDARLIQ

Yol polisi 22 İyul 2019 18:26 Oxunub 1417
Yol polisindən yük avtomobili sürücülərinə XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən xahiş olunur ki qaydalara əməl etsinlər

Mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Paytaxtımız artıq iyulun 21-dən başlayaraq “Bakı 2019” XV Avropa Gənclərinin Yay Olimpiya Festivalına ev sahibliyi edir.

Avtosfer.az xəbər verir ki, beynəlxalq miqyaslı idman tədbiri ilə əlaqədar paytaxtımıza gələn çox saylı qonaqların, rəsmi şəxslərin, eləcə də 3600-dən çox idmançının və texniki nümayəndə heyətinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.

Qeyd olunanlarla əlaqədar, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətini təşkil etmək üçün respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı ilin iyul ayının 28-dək ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etməyi tövsiyə edirik. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.

Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.

Eyni zamanda paytaxt sakinlərindən də carı ilin iyul ayının 28-dək fərdi nəqliyyat vasitələrdən mümkün qədər az stifadə etmələrini, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini tövsiyə edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh