Avtomobillərdən qanunsuz siqaretlər müsadirə olundu - FOTO

Gündəm 22 İyul 2019 19:23 Oxunub 666
Avtomobillərdən qanunsuz siqaretlər müsadirə olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idmançı qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi "Vaz 2106" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd "Marlboro", 3400 ədəd "King" markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd "Jameson" markalı spirtli içkilər və üzərində "Mega Max" yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh