Xırdalanda qadın sevgilisindən polisə şikayət etdi, məlumat yalan çıxdı

Gündəm 22 İyul 2019 19:57 Oxunub 689
Xırdalanda qadın sevgilisindən polisə şikayət etdi, məlumat yalan çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olmaqla Astara şəhərində yaşayan K.Qənbərova Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən "Samsung" markalı mobil telefonunu alaraq qaçdığını bildirib.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, K.Qənbərovanın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün könüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb. Bununla da K. Qənbərovanın şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı "Samsung" markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh