Polis "Avtosfer.az"-ı belə təbrik etdi - FOTO

Gündəm 22 İyul 2019 21:49 Oxunub 6928
Polis "Avtosfer.az"-ı belə təbrik etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı təltif olunub

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalisti təltif edib.

Təltif olunanlar arasında Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı da var.

Baş redaktor Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibəti ilə ictimai təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunub.

“Təşəkkürnamə”ni Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev və idarənin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqdim edib.   

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh