Bakıda 7 maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - VİDEO

Qəzalar 23 İyul 2019 11:45 Oxunub 1046
Bakıda 7 maşın toqquşub, 5 nəfər xəsarət alıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub

Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində "BMW" markalı minik maşınında yaralanan bir ailənin 3 üzvünün kimliyi bəlli olub. 

"BMW"-nin sürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və övladları 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

Ziya Bünyadov prospektində baş vermiş son iki yol qəzası səbəbindən DYP əməkdaşları tərəfindən hazırda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə "Qələbə" dairəsi istiqamətindən Nərimanov rayonu ərazisinə gedən yoldakı tunelə giriş-çıxışa məhdudiyyət qoyulub.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh