Tam müasir Bakı Beynəlxalq Avtovağzalı: yüksək xidmət üçün Avropaya getməyə ehtiyac yoxdur - VİDEO

Yeniliklər 23 İyul 2019 12:38 Oxunub 1733
Tam müasir Bakı Beynəlxalq Avtovağzalı: yüksək xidmət üçün Avropaya getməyə ehtiyac yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolunuz hər zaman açıq olsun!

Bildiyiniz kimi Bakı Beynəlxalq avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Avtosfer.az xəbər verir ki, biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi online qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var. Kassalar səhər saat 07:00-dan 00:00-a qədər ixtiyarınızdadır.

BBAK-ın əsas məqsədi  xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir. Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilməmiz üçün problem yaşadığınız zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşa bilərsiniz.

Eyni zamanda facebook adresi və ya  [email protected] email ünvanı vasitəsilə də yazıb göndərə bilərsiniz. Çox qısa zaman sonra tamamilə yenilənmiş və müasir standartalara cavab verən məlumat mərkəzi ixtiyarınıza veriləcək. Əziz sərnişinlər, hər biriniz bizim üçün dəyərlisiniz. Doğmalarınızı qanuni və təhlükəsiz daşımalara etibar edin. Hazırladığımız video çarxda avtovağzal ərazisində nələrdən və necə istifadə edə bilərsiniz əks olunub. Yolunuz hər zaman açıq olsun!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh