Yük maşını işçiləri aparan avtobusla toqquşdu: 3-ü ağır, 16 yaralı - FOTO

Avtosfer Foto 23 İyul 2019 13:55 Oxunub 1341
Yük maşını işçiləri aparan avtobusla toqquşdu: 3-ü ağır, 16 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Rusiyanın Smolensk əyalətində yük maşınının və avtobusun iştirakı ilə baş verən qəzada 16 nəfər xəsarət alıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 23-ü səhər saatlarında Doroqobujsk rayonunun Doroqobuj – Verxnıedneprovsk-Skolkovo avtomagistralında qeydə alınıb. Bu barədə yerli DİN regional qrupundan məlumat verilib.

Məlumata görə, “DAF 105” markalı yük maşınının sürücüsü hərəkətdə olan zaman idarə etməni itirərək 1961-ci il təvəllüdlü sürücünün idarəetməsində olan – insanları işə aparan avtobusla toqquşub.

Nəticədə 3 ağır olmaqla 16 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh