Son bir ayda qaydaları pozan sürücülər: DYP-nin diqqətinə - VİDEO

Avtosfer TV 23 İyul 2019 13:57 Oxunub 1179
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr, qırmızı işıq, "protiv" gedənlər və küçəyə zibil atanlar...

Bakıda müxtəlif vaxtlarda qaydaları pozan sürücü və piyadalar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, son bir ay ərzində qeydə alınmış videogörüntülərdə yüksəksürətli magistral yolda yolu keçməyə çalışan piyada, işıqforun qadağanedici nişanının tələblərini pozan sürücülər, manevr və yol nişanlarının tələbləri pozanlar əks olunub.

Belə ki, Aeroport yolunda sutkanın qaranlıq vaxtı özünün təhlükəyə ataraq yolu keçməyə çalışan piyada son anda ölümün pəncəsindən xilas olur. Amma düşünmək lazımdır ki, bu hər zaman belə olmaycaq.

Növbəti görüntüdə əvvəlcə manevr qaydalarını, bir neçə saniyə sonra qırımızı işığın tələbini pozan sürücü əks olunub.

Daha bir görüntülərdə DYP əməkdaşlarının gözü qarşısında, günorta vaxtı, şəhərin ortasında qırımızı işığın tələbini pozan traktor sürücüsü var.

Əks yola çıxaraq təhlükə yaradan sürücülər də kameraya düşüb. “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə əks yola çıxaraq hərəkət edir.

Qayda pozanlar arasında avtobus sürücüləri də var. Qırımızı işığı saymayaraq keçən sürücü özü və sərnişinlər üçün təhlükə yaradır.

Avtomobildən zibil atan sürücülər də kameraya düşüb. Bir görüntüdə solafan torbanı küçəyə atan sürücü əks olunub.

Nəhayət “bahalı avtomobil və bahalı nömrə olanda istənilən qaydanı pozmaq olar” prinsipi ilə hərəkət edən sürücü düz xəttin tələbini rahatlıqla pozur.

Videogörüntünü təqdim edirik. Ümid edirik ki, DYP mövcud qayda pozuntularına yol verən sürücüləri aşkarlayaraq cəzalandıracaq.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh