Vəhşilik: hamilə pişiyi “Pitbul”a öldürtdülər – VİDEO (+16)

Gündəm 23 İyul 2019 15:33 Oxunub 1067
Vəhşilik: hamilə pişiyi “Pitbul”a öldürtdülər – VİDEO (+16)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisəni törədən şəxslərin axtarışına başlayıb

Türkiyənin Adana vilayətində polis hamilə pişiyi “Pitbul” cinsli itin ağzına ataraq tələf olmasına səbəb olan şəxsləri axtarır.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Seyhan rayonunun Mithatpaşa məhəlləsində baş verib.

Görüntülər ətrafda yerləşən bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda, şəxslərdən biri mikroavtobusun altından çıxardığı pişiyi “Pitbul” cinsli itin qarşısına atdığı və pişik it tərəfindən parçalanaraq tələf olduğu görülür. Bundan sonra şəxslər ərazidən uzaqlaşıblar.

Hadisədən xəbər tutan “Çıtır” adlı pişiyin sahibi Zəhra Quşçu ağlayaraq jurnalistlərə açıqlamasında, “Mən 3 ildir “Çıtır”ı bəsləyib saxlayıram, o hamilə idi, bizim ailə üzvlərindən biri kimi idi” – sözlərini deyib.

Heyvanın sahibi Zəhra Quşçu polisə şikayət ərizəsi ilə müraciət edib. Polis hadisəni törədən şəxslərin axtarışına başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh