Bakı-Sumqayıt yolunda ölümə gedən sürücü tutuldu: Yenilənib - VİDEO

Avtosfer TV 26 İyul 2019 14:20 Oxunub 5712
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücüləri təhlükəyə atır

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü Rafiq Ağakərim oğlu Cəfərov artıq saxlanılıb və barəsində müvafiq tədbir görülüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçırmış.

Bakı Sumqayıt yolunda avtoxuliqanlıq  edən sürücünün görüntüləri digər avtomobildəki kameraya qeyd olunub.

Avtosfer.az xəbər verir ki, iyulun 23-də, Bakı-Sumqayıt yolunda (Ekologiya postunun yaxınlığında) əks istiqamətdə hərəkətdə olan 99-SV-608 qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobilin sürücüsü, yüksək sürətlə hərəkət edərək digər sürücülərin üzərinə sürüb. Kameraya çəkən sürücünün dərhal reaksiyası nəticəsində qəzadan yayınmaq mümkün olub.
Həmin vaxt qeyd etdiyimiz avtomobilin qabaq hissəsi əzilmiş vəziyyətdə olub.

BDYP idarəsinin rəhbərliyindən bu sürücü barədə ciddi tədbir görülməsini xahiş edirik.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh