Kirayə götürdüyü avtomobilləri satdı – Özünə dəniz mənzərəli mənzil aldı

Gündəm 23 İyul 2019 16:37 Oxunub 1484
Kirayə götürdüyü avtomobilləri satdı – Özünə dəniz mənzərəli mənzil aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lakin ona mənzilə köçmək qismət olmayıb, onu həbs ediblər

Rusiyada Omsk vətəndaşı kirayələdiyi avtomobilləri sataraq özünə dəniz kənarında mənzil alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, şəxs internetdə avtomobil kirayəsi elanları taparaq, onların sahibləri ilə danışıqlar aparıb.

Görüş zamanı o, özünü ət istehsal edən iri şirkətin sürücüsü kimi təqdim edib. Avtomobilləri illik kirayəyə götürmək istədiyini bildirən şəxs müqavilə bağlayaraq bir ayını əvvəlcədən ödəyib.

Maşın sahibləri ona nəqliyyat vasitəsi ilə bağlı bütün sənədləri veriblər, bundan sonra icarəçi yoxa çıxıb.

Əvvəllər məhkum olunmuş 34 yaşlı dələduz, beşi xarici, biri isə yerli “Lada” markası olan 6 avtomobili satmağa müvəffəq olub. 34 yaşlı şəxs əldə etdiyi gəlirlə Krasnodar əyalətində dəniz mənzərəli mənzil alıb. Lakin ona mənzilə köçmək qismət olmayıb, onu həbs ediblər.

Polis dələduzluq yolu ilə ələdə edilib satılan nəqliyyat vasitələrinin axtarışına başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh