AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirməyi qərara alıb

Gündəm 23 İyul 2019 19:55 Oxunub 578
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirməyi qərara alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçuşlar həftədə 2 dəfə olmaqla komfortlu "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Qeyd edilib ki, Bakı-Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh