Maqnit qasırğasının səviyyəsi açıqlandı

Gündəm 23 İyul 2019 20:06 Oxunub 572
Maqnit qasırğasının səviyyəsi açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günəş fəallığı çox aşağı səviyyədə olub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Avtosfer.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin ləkənin inkişafını mümkün edə bilən sahə yaranmaqdadır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son saatlar ərzində ümumən çox sakitdir.

Bildirilir ki, proqnoz dövründə (bu gün və sabah) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Maqnit qasırğasının yaranması ehtimalı 23 və 24 iyulda 5%-dən aşağı qiymətləndirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh