Yol qəzalarında gündə 25 nəfər ölür

Gündəm 23 İyul 2019 21:06 Oxunub 1185
Yol qəzalarında gündə 25 nəfər ölür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu İranın Hüquq-Mühafizə Orqanının Yol Polisinin rəisi Kamal Hadianfər deyib

Orta hesabla İranda yol qəzalarında gündəlik 25 nəfər həlak olur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Hüquq-Mühafizə Orqanının Yol Polisinin rəisi Kamal Hadianfər deyib.

K.Hadianfərin sözlərinə görə, ötən İran ilində (21 mart 2018-dən – 20 mart 2019-dək) 17,3 min nəfər yol qəzalarında həlak olub, 365 min nəfər yaralanıb.

Hadianfər əlavə edib ki, cari 3 ay ərzində (21 mart – 21 iyun) 4 129 nəfər yol qəzalarında həlak olub: "82% yol qəzalarının səbəbinin sürət həddini aşma, qanunsuz ötmə, önə diqqət yetirməmə və yuxusuzluq olub. İranda dövlət nömrəsi olmayan 6 milyon motosiklet və sürücülük vəsiqəsi olmayan 4 milyon motosikletçi qeydə alınıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh