“Volkswagen” bazara yeni kompakt krossover çıxarır

Avtoxəbər 23 İyul 2019 21:15 Oxunub 3269
“Volkswagen” bazara yeni kompakt krossover çıxarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni krossover hələlik “Taigun”un prototipinin konsepsiyası çərçivəsində işlənib hazırlanacaq

Alman konserni “Volkswagen” krossoverlərin model xəttinin genişləndirilməsinin davamı olaraq “Volkswagen Polo”nun bazasında yeni kompakt-kross buraxmaq niyyətindədir. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, avtomobil konveyerə 2021-ci ildə, bazara isə 2022-ci ilin əvvəlində çıxarılacaq. Yeni krossover hələlik “Taigun”un prototipinin konsepsiyası çərçivəsində işlənib hazırlanacaq. Bu, o deməkdir ki, avtomobil hibrid güc aqreqatları vasitəsilə hərəkətə gələcək və tam elektrik versiyaya da malik olacaq.

Xatırladaq ki, “Volkswagen Taigun” konsepti bir neçə il əvvəl təqdim olunsa da, indiyə qədər inkişaf etdirilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh