Yanacaq tankeri avtomobilin üzərinə aşdı: 4 ölü

Qəzalar 24 İyul 2019 07:35 Oxunub 843
Yanacaq tankeri avtomobilin üzərinə aşdı: 4 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə İranın şimalında yerləşən Mazandaran vilayətində baş verib

İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Mazandaran vilayəti Tonekabon Təcili Tibbi Hallar Mərkəzinin direktoru Nima Nejad Müqəddəm deyib. N.Nejad Müqəddəmin sözlərinə görə, yanacaq tankeri avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin 4 sərnişini həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh