Turist avtobusu uçuruma yuvarlandı: 38-i Polşa vətəndaşı olmaqla 41 nəfər xəsarət alıb - VİDEO

Avtosfer TV 24 İyul 2019 11:40 Oxunub 925
Turist avtobusu uçuruma yuvarlandı: 38-i Polşa vətəndaşı olmaqla 41 nəfər xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyənin Antalya vilayətində turist avtobusunun qəzaya uğraması nəticəsində 41 nəfər xəsarət alıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident iyulun 23-ü yerli vaxtla 17.30 radələrində Kəmər rayonunun Tekirova məhəlləsində qeydə alınıb.

Məlumata görə, 06 DD 6645 dövlət qeydiyyat nişanlı tur avtobusu sürücüsünün idarəetməsində çıxaraq təxminə 20 metrlik hündürlükdən uçuruma yuvarlanıb. Nəticədə 38-i Polşa vətəndaşı olmaqla 41 nəfər təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Polis araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh