Yol polisi gizli xidmət aparmalıdırmı? - Gəncədən yeni - VİDEO

Avtosfer TV 24 İyul 2019 11:41 Oxunub 2351
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəncədə 99 YP 226 ağacların arxasında gizlənərək xidmət aparır

Gəncədə gizli xidmət aparan YPX əməkdaşı kameraya düşüb. Bu barədə Avtosfer.az-a Gəncə sakinlərindən biri şikayət göndərib. Vətəndaş deyir ki, 99 YP 226 dövlət nömrə nişanlı patrul avtomobili hər gün Nizami Gəncəvi məqbərəsinin yaxınlığında xidmət aparır. Ən maraqlısı isə yolun kənarında ağacların arxasında partul avtomobilini saxlayır.

Təlimata əsasən yol polisinin gizli xidmət aparması qadağandır. Amma görünür ki, bu əməkdaşlar hələ köhnə qaydaları tətbiq edirlər. Bəlkə də təlimatın dəyişməsindən xəbərləri yoxdur.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, həmin ərazidə hərəkət sürəti 60 km/saat müəyyən edilib. Lakin bəzi sürücülər sürət həddini aşdığı üçün YPX avtomobilində İ-patrul sistemi quraşdırılır və nəqliyyat vasitəsi həmin ərazidə rahat görünə bilən yerdə dayanır.

Videonu təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh