"Parkovşik" sürücünü hədələdi: "Xəstəxanaya çolpa daşıyacaqsan" - VİDEO

Avtosfer TV 24 İyul 2019 12:44 Oxunub 2086
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünü aşkar şəkildə şərləyəcəyi ilə hədələyir

Bakıda “Sahil” bağının yaxınlığında qanunsuz olaraq avtomobillərdən pul yığan “parkovşik”in videosu yayılıb. Avtosfer.az xəbər verir ki, videoda ona pul verməyən sürücünü hədələyən şəxsin sözləri qan dondurur. Belə ki, sürücüdən pul verməyəcəyi təqdirdə yaxınlıqda olan uşağı çağıracağını, onun ayağını maşının altına qoyacağını və sürücünün onu qəsdən vurduğuna şahidlik edəcəyini deyir.

“Axırda gedib xəstəxanaya çolpa daşıyacaqsan” deyə hədələyir.

Görüntüləri təqdim edirik. Yəqin ki, polis bu şəxs barəsində müvafiq qərar verəcək.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh