Gömrükdə 306 min dollarlıq “Ferrari” buldozerlə parçalandı - FOTO

Avtosfer Foto 24 İyul 2019 14:42 Oxunub 1950
Gömrükdə 306 min dollarlıq “Ferrari” buldozerlə parçalandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ferrari” ölkə ərazisinə keçirilməzdən qabaq hissələrə ayrılıb - əvvəlcə mühərriki sonra da 2 qapısı

Filippinin paytaxtı Manilada Gömrük orqanlarının bu il ələ keçirdiyi təxminən 306 min dollar dəyərində olan “Ferrari” markalı avtomobili və bir neçə min qutu siqaret idarə əməkdaşları tərəfindən məhv edilib.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, gömrük rəsmiləri alıcı şirkət olan “Camama Auto Hub”ın “Ferrari”ni ölkəyə hissələr şəkilində qanunsuz olaraq may ayında gətirdiyini deyiblər.

Bildirilir ki, “Ferrari” ölkə ərazisinə keçirilməzdən qabaq hissələrə ayrılıb - əvvəlcə mühərriki sonra da 2 qapısı.

Gömrük İdarəsinin avtoparkına gətirilən “Ferrari” buldozerin köməkliyi ilə parçalanıb.

Həmçinin siqaret istehsal edən maşın və siqaretlər də məhv edilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh