Ağcabədidə ağır yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO

Qaydalar 24 İyul 2019 15:52 Oxunub 1360
Ağcabədidə ağır yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Rayon sakini İxtiyar Xudiyevin idarə etdiyi “ZİL-131” markalı yük maşını hərəkətdə olarkən Nazim Quliyevin idarə etdiyi KİA markalı avtomobillə toqquşub. Nəticədə KİA-nın sürücüsü və avtomobildə olan 2 qadın sərnişin ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh