Sürücülərin nəzərinə: avtomobillərlə bağlı YENİ TƏLƏBLƏR

Avtoxəbər 25 İyul 2019 11:35 Oxunub 1446
Sürücülərin nəzərinə: avtomobillərlə bağlı YENİ TƏLƏBLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarda avtomobillərin eninə və hündürlüyünə dair tələblər dəyişib

Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında buraxılması nəzərdə tutulan avtomobillərin eninə dair tələb dəyişib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq  edilməsi haqqında” qərarına dəyişiklik edib.

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yollarına buraxılması nəzərdə tutulan avtomobillərin eni 2,5 metrdən 2,55 metrə qaldırılıb.

Azərbaycanda V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyünə dair tələb də dəyişib. Bundan sonra I—IV dərəcəli yollarda olduğu kimi V dərəcəli yollara buraxılan avtomobillərin də hündürlüyü 4 metrə qədər ola bilər. İndiyə qədər V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyü 3,8 metrə qədər ola bilərdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh