"JLO"ya 300 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Avtodünya 25 İyul 2019 21:18 Oxunub 2201
"JLO"ya  300 min dollarlıq ad günü hədiyyəsi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu il buraxılışı olan “Porsche 911 GT3” markalı modelin nömrə nişan yerinə "JLO" sözləri yazılıb

Məşhur ulduz 50 yaşına dəbdəbəli mərasim və sərvət dəyərində hədiyyələrlə girib. Avtosfer.az “TMZ”yə istinadən xəbər verir ki, 24 iyul 1969-cu il doğumlu aktrisa və müğənni Cennifer Lopezin 50 yaşı tamam olub. Bu mühüm gündə nişanlısı Aleks Rodriguez ona bahalı hədiyyə alıb. Rodriguez nişanlısına qırmızı rəngli, üstü açıq lüks avtomobil hədiyyə edib. Cütlük əvvəlki gün Mayamidə bahalı hədiyyə ilə çəkilişlər ediblər. 2019-cu il buraxılışı olan “Porsche 911 GT3” markalı modelin nömrə nişan yerinə "JLO" sözləri yazılıb. Avtomobilin satış qiyməti isə təxminən 300 min dollar dəyərindədir.

Cennifer Lopez ad gününü dostu Qloria Estefanın Mayamidə yerləşən “Star Island”da (Ulduz adası) keçirib.

“Qızıl” mövzulu bu şənlikdə Lopezin bütün sevdikləri, ailəsi və yaxın dostları iştirak ediblər.

Bir müddətdir ki, Cennifer Lopez nişanlısı Aleks Rodriguezlə avqust ayında Antalyada verəcəkləri konsertə hazırlaşırlar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh