"Tesla" 1 günə 5 milyard dollar dəyər itirdi

Avtoxəbər 25 İyul 2019 20:55 Oxunub 1108
"Tesla" 1 günə 5 milyard dollar dəyər itirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cari ilin ikinci rübündə "Tesla"nın xalis zərəri 408 milyon dollar olub

Elektromobil istehsalçısı "Tesla"nın səhmləri bu gün ərzində 11% dəyər itirib. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, bununla da şirkətin bazar dəyəri 5 milyard dollar azalıb. Buna səbəb isə şirkətin "Wall Street" analitiklərinin proqnozlarından az - 6,3 milyard dollar gəlir açıqlaması olub. Həmçinin, cari ilin ikinci rübündə "Tesla"nın xalis zərəri 408 milyon dollar olub. 

Qeyd edək ki, "Tesla" elektromobillərinin təslimatında ilk rüb ilə müqayisədə 51% artım olub və bütövlükdə 95 min 200 elektromobil təslim edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh