Yol polisindən plyonka ilə bağlı daha bir - AÇIQLAMA

Xəbərlər 27 İyul 2019 10:33 Oxunub 10651
Yol polisindən plyonka ilə bağlı daha bir -  AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mübariz Ağayev: "Qanunda hər hansı dəyişiklik olmayıb"

DİN-in Baş DYP İdarəsinin Xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirib ki, avtomobillərin yan şüşələrində görünüşün məhdudlaşdırılması ilə bağlı istər “Yol hərəkəti haqqında” milli qanunvericiliyə, istərsə də AZS 122-2004 saylı standarta əlavə və dəyişikliklər edilməyib. Hazırda qüvvədə olan hüquq normalarına əsasən, yalnız avtomobillərin arxa yan şüşələrində mövsümlə əlaqəli pərdə və jalüzlərdən istifadəyə icazə verilir. Lakin təəssüflər olsun ki, əsasən gənc sürücülər tərəfindən bu qaydalardan sui-istifadə hallarına yol verilir, mövsümlə əlaqədar icazə tətbiq olunarkən nəqliyyat vasitələrinin nəinki qabaq yan şüşələrinə, hətta alın şüşəsinə də görünüşü məhdudlaşdıran örtüklər çəkilir.

"Bir daha qeyd edirik ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Salyanda avtomobilin arxa yan şüşələrində görünüşü məhdudlaşdıran örtükdən istifadə etdiyi üçün sürücünün cərimələnməsi ilə bağlı internet xəbər sayıtlarında yayılmış məlumatla əlaqədar olaraq isə bildiririk ki, barəsində inzibati tənbeh tətbiq edilmiş sürücü tərəfindən deyilən fikirlər həqiqəti əks etdirmir və bu məsələ ilə bağlı mövcud video materialla ziddiyyət təşkil edir. Belə ki, "Mercedes" markalı, 99-KJ-823 dövlət nömrə nişanlı avtomobilin məhz qabaq qapılarının şüşələrinə qanunla tətbiqinə icazə verilməyən plyonka çəkildiyi üçün həmin nəqliyyat vasitəsi Salyan DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları tərəfindən sürücünün iştirakı ilə qabaq yan şüşələrə çəkilmiş plyonkalar sökülmüş və sürücü barəsində qanuna müvafiq tədbir görüldükdən sonra nəqliyyat vasitəsi buraxılıb".

Qeyd edək ki, sürücü Rafiq Eldar oğlu Quliyev bildirib ki, 99 YP 563 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan inspektorlar onun idarə etdiyi "Mercedes" markalı, 99 KJ 823 dövlət nömrə nişanlı avtomobili arxa yan şüşələrdə plyonka olduğu üçün cərimə meydançasına aparıb. Daha sonra DYP bölməsində sürücüyə 150 manat cərimə yazılıb. Az sonra sürücü 99 YP 562 nömrəli patrul avtomobilində xidmət aparan Raqif adlı polis zabitinə yaxınlaşaraq maşının buraxılmasını istəyib. Lakin polis zabiti bildirib ki, onun icazəsi olmadan maşın buraxıla bilməz, avtomobil orada ən azı 3 saat qalmalıdır.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh