İnternetdə "şok səs yazısı" yayılan polislə bağlı Baş İdarədən - AÇIQLAMA

Yol polisi 26 İyul 2019 15:37 Oxunub 6082
İnternetdə "şok səs yazısı" yayılan polislə bağlı Baş İdarədən - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lətif Hacıyev daxili işlər orqanlarından xaric olunub

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır. Bakı şəhər Baş Polis İdarəsi Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, bununla bağlı İdarədə müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib. Müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub: “Bu məlumat, polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial mediya platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır.
Deyilənləri nəzərə alaraq, sosial şəbəkə istifadçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edirik ki, polisin adı hallanan məlumatları hazırlayarkən, dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar.
 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh