Polis özünü təhlükəyə atıb bir gənci xilas etdi - FOTO

Yol polisi 26 İyul 2019 17:04 Oxunub 3331
Polis özünü təhlükəyə atıb bir gənci xilas etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis zabiti xüsusi sayıqlıq göstərərək öz həyatı bahasına həmin gənci xilas edib

Bakıda dənizdə batan gənci xilas edən şəxs polis imiş. Avtosfer.az xəbər verir ki, bu barədə həmin gəncin yaxınları social şəbəkələrdə məlumat yayıblar. Bildiriblər ki, bu gün Bilgəh çimərliyində dənizdə bogulan bir gənci xüsusi sayıqlıq göstərərək öz həyatı bahasına və özünü təhlükəyə ataraq xilas edən şəxs Aqil Xudiyevdir: ”Suda batan şəxsi xilas edən insana etdiyi şücaətə görə təşəkkürümüzü bildirəndə bizə polis əməkdaşı olduğunu bildirmədi. Biz sonradan araşdırıb bildik ki, Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı Xudiyev Aqildir. Özümüzə borc bildik belə mərdlik göstərən polis əməkdaşımızı ictimayyətə tanıdaq ki, hammı bilsin bizim polisimiz bizi hər bir yerdə qoruyur. Əhsən belə polislərimizə”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh